Bu il fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv olunan və hazırda ləğvetmə prosesinin aparıldığı “Texnikabank” ASC, yenidən Cahangir Hacıyevin yaxınlarının nəzarəti altına düşüb. Bu il fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv olunan və hazırda ləğvetmə prosesinin aparıldığı “Texnikabank” ASC, yenidən Cahangir Hacıyevin yaxınlarının nəzarəti altına düşüb.

“Texnikabank” ətrafında böyük müəmma - Cahangir Hacıyev nəzarəti geri qaytarıb?

Bu il fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv olunan və hazırda ləğvetmə prosesinin aparıldığı “Texnikabank” ASC, yenidən Cahangir Hacıyevin yaxınlarının nəzarəti altına düşüb.


Bu barədə bankdakı mənbələrdən məlumat daxil olub.

Xatırladaq ki, bu bank, sahibi Etibar Əliyevin MTN tərəfindən həbs olunmasından sonra Beynəlxalq Bankın o vaxtkı rəhbəri, MTN naziri Eldar Mahmudovun qudası Cahangir Hacıyevin idarəçiliyinə verilmiş, bu nəzarət C.Hacıyevin işdən çıxarılmasınadək davam etmişdi. Ötən ilin oktyabr ayında Eldar Mahmudov da vəzifəsindən uzaqlaşdırılandan sonra "Texnikabank" yenidən öz sahibinə qaytarılsa da, qısa müddətdən sonra onun lisenziyası ləğv olundu və banka banka müvəqqəti inzibatçı təyin edildi.

Hazırda "Texnikabank"ın idarəçiliyi Əmanətlərin Sığortalanması Fondu tərəfindən həyata keçirilir. Lakin əslində isə, lisenziyanın ləğvindən sonra bu bank yenidən Cahangir Hacıyevin yaxınlarının, bir qədər də konkretləşdirsək, əmisi oğlu Cəmin Hacıyevin nəzarəti altına düşüb. Cəmin Hacıyev əvvəllər bu bankın İdarə Heyətinin üzvü olub və Kreditlərə Nəzarət Departamentinə rəhbərlik edib. Bank, ötən ilin oktyabrında Etibar Əliyevin idarəçiliyinə qaytarıldıqdan sonra C.Hacıyev vəzifəsindən və bankdan uzaqlaşdırılıb. Bu barədə E.Əliyev də KİV-lərə müsahibəsində də bildirmişdi.



Etibar Əliyev demişdi ki, bankı ondan alıb Cahangir Hacıyevin nəzarətinə verəndən sonra Beynəlxalq Bank rəhbərinin səriştəsiz, bank işindən başı çıxmayan adamları "Texnikabank"a yerləşdirilib. Onlardan biri də Cahangir Hacıyevin əmisi oğlu Cəmin Hacıyev idi.

"Həmin Cəmin Hacıyev göstəriş veribmiş ki, o dəhlizdən keçəndə hamı ayağa dursun. Kim durmayıbsa, onlara cəza verilib. Mən onu yanıma çağırıb etdiyi hərəkətlərin səbəbini soruşdum. Səbəbi izah edə bilmir və qanuni iş gördüyünü iddia edir. Deyir ki, mən departament müdiriyəm, bunları sizə kim deyib? Deməli, siz bankı nəzarətdə saxlamısınız. Sən kimsən ki, gələndə insanlar ayaq üstündə dursun? Sən ölkənin hansı strukturusan? Sənin işin müştərilərə, iş adamlarına xidmət göstərməkdir.
Mən bundan dəhşətə gəlirəm. Bankı bu cür insanlar idarə edib. Belə idarəetmənin nəticəsi də əlbəttə ki, defolt olar. Bu insanlar öz ailəsində xanımları qarşısında diz çökür, burda isə insanları ayaq üstündə saxladır"- bankir bildirmişdi.



Cəmin Hacıyev

Nə qədər qəribə olsa da, bankın lisenziyası ləğv olunandan və müvəqqəti inzibatçı təyin olunandan sonra, "Texnikabank" yenidən məhz C.Hacıyevin təsiri altına düşüb. Belə ki, hazırda bankda əsas söz sahibi Cəmin Hacıyevin keçmiş müavini Muxtar Muxtarovdur. Onunla yanaşı Cəmin Hacıyevin sinif yoldaşı və dostu Oqtay da (Bankın Mühafizə Xidmətinin rəhbəri, soyadını dəqiqləşdirə bilmədik-red) da idarəçilikdə söz sahibidir.

Məlumata görə, E.Əliyevin də dediyi kimi, Cahangir Hacıyevin komandasının idarəçiliyi dövründə səriştəsizliklə yanaşı ciddi korrupsiyaya da yol verildiyindən "Texnikaban" defoltla üzləşib. Bunun ağır yükünü isə bu gün Azərbaycan dövləti çəkməli olur. "İndiyədək Əmanətlərin Sığortalanması Fondu "Texnikabank" əmanətçilərinə 123 milyon manat pul ödəyib. Bu pulun təxminən 100 milyon manatını batmış kreditlər təşkil edir. Həmin pulun dövlətə, Milli Banka qayıtması şansı yox kimidir. Milyonlarla kredit alıb qaytarmayanlar bu gün həbsdədirlər. Yüksək məbləğdə kredlər var ki, müəmmalı şəkildə silinib. Bəzi kreditlərin təminatı olaraq banka qoyulmuş əmlaklar satılıb – bu zaman onların qiyməti real dəyərindən xeyli aşağı sənədləşdirilib və ortadakı fərq mənimsənilib. Bu yolla da banka, əslində isə dövlətə milyonlarla ziyan vurulub. Hazırda dövlət bu ziyanı ödəməklə məşğuldur. İndi necə olur ki, bütün bu cinayətləri həyata keçirən adamlar yenidən bankda söz sahibinə çevrilir, anlamaq çətindir" – deyə mənbə bildirir.

Azpolitika.info