11:55
(077) 610-22-33

Sabah Bakıda 39 dərəcə isti olacaq

  • >
979 9 Avqust 2016 12:22 | Cəmiyyət

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, avqustun 10-da paytaxt və yarımadada şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 35-39, Bakıda isə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 25-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti təşkil edəcək.
Bağla X