08:10
(077) 610-22-33

Raquf Orucova verilən dəyər...

  • >
6 829 9 Avqust 2016 15:59 | Cəmiyyət

Aida Eyvazlı


Aprel ayı bizə bahar gətirmədi... Bahardan da gözəl olan ruh gətirdi. Bizi 25 ilin xəcalətindən qurtardı. Aprelin 2-5-nə kimi Azərbaycan xalqı gecə-gündüz cəbhədən gələn qələbə xəbərlərinə sevindi. Bildik ki, şəhidlərimiz var, bir gözümüz ağladı, bir gözümüz güldü. Ancaq Vətən, təəssübkeşlik ruhu bizi gələcək qələbələrə inandırdı...

Aprelin 4-ü gecə saat 12-də Sumqayıtda böyük təntənə var idi. Polkovniki qarşılayırdılar. Sumqayıt və Azərbaycan belə qarşılanma görməmişdi. Döyüşlərdən qalib qayıdan hərbi hissə komandirini, polkovnik-leytenant Raquf Orucovu çiyinlərdə gətirdilər. Uğurlu döyüş əməliyyatlarına görə, ayaq üstə alqışlayırdılar. Başının üstündə yenə də canını fəda etdiyi Azərbaycan bayrağı dalğalanırdı.

1992-ci ildən Sumqayıt Şəhidlər Xiyabanı belə təntənə, belə coşqu görməmişdi. Onu Vətən torpağına əmanət etdilər ki, Vətənimiz belə oğulların adı ilə dəyərli olsun! Məzarın üstündə "Vətən sənin bu qəhrəmanlığını unutmayacaq" kimi yüzlərlə şüarlar səsləndi...

... 4 ay keçdi. Ö şəhidlər Xiyabanını hər gün bir qadın ziyarət edir. Axşam Günəş batana yaxın gedir ki, birdən inciyər, deyər ki, vəfalım vəfasızlıq etdi. Gedir, daşa döndərdiyimiz Raquf Orucovun başdaşına sitayiş edir, günündən güzəranından danışır. Daha çox gileylənir.

Onu gileylənməyə isə çox məcbur edənlər oldu. Yoxsa ki, bu ailədə heç vaxt giley olmazdı. Tanrının verdiyi hər paya şükr edərdilər. Elin-obanın, xalqın qəhrəmanının layiqincə dəyərləndirilməməsi yamanca yandırır o ASENA ürəkli xanımı. O, Raqufun cəbhə yoldaşı, amal yoldaşı və həyat yoldaşı olmaqla, həm də xanımıdır!

Sevinc xanımın Raqufa deyəcəkləri çox olur. Son dəfə gedəndə deyib ki, "Raquf, daha onlarla mübarizə aparan deyiləm, çünki onlara heç Allahın da gücü çatmır. Onlar indi Allahdan da güclü hesab edirlər özlərini...".

Amma gərək belə olmayaydı... Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımız dünyaya səs saldılar, Azərbaycanın qəhrəmanlıq ruhunun ölmədiyini, rusun əlində oyuncaq olan ermənini hər an yenə biləcəklərini sübut etdilər. Dünya bunları bildi, bizimkilər bilmək istəmədi.

Sevinc xanım öz ailəsinə və bəzi şəhid ailələrinə olan soyuq münasibəti görəndən sonra, bir çoxlarından fərqli olaraq hayqıra bildi, səsini çıxardı. Yox... o pul davası etmirdi, əlahəzrət məmurlar! Və yanlış anlayanlar! O haqq davası döyürdü. Pula əyilən olsaydı, qapısına gələn yardımları geri qaytarmazdı. Bu ölkədə şəxs halında kimsə deyə bilməz ki, Orucovun ailəsinə beş manat yardım verib. Sevinc xanım heç vaxt əl açmayıb, o əl açsa, kiməsə əyilsə, ruh əkizi olan Raquf ondan üz döndərər. O, dövlətin onun balalarına ayırdığı haqqıını istəyirdi. İstəyir ki, zabit ailəsi gələcəkdə əl açmasın, özündən əksik adamların qapısına uşaqlarını göndərib dilənmək öyrətməsin. Zatən, Azərbaycan kimi bir ölkənin hərbçiləri və vətəndaşları əl açmamalıdırlar. Dövlətimizin Konstitusiyası da bunu təsdiq edir.

Raquf da əyilməmişdi, onu sındıra bilməmişdilər. O 25 il idi ki, Ali Baş Komandandan əmr gözləyirdi ki, Vətən torpaqlarını xilas etsin. Və bu əmr gələndə, müəmmalı şəkildə, nədənsə qabaqda özü getdi. Əslində inanırdı, qələbəyə inanırdı. Getdi və o QƏLƏBƏNİ gətirdi də...

Raquf əslində general idi. İlk dəfə anasının əsarətdə olan qəbrini ziyarətə gedəndə general kimi getmişdi. Kabinet generallarından fərqli olaraq, o səhra generalı idi. Nə olsun ki, paqonu general paqonu deyildi, ürəyi və əməlləri əsl generallara məxsus idi.

Raquf Orucovun qəhrəmanlıqlarını onun döyüş yoldaşları, onun səngərdə hazırlaşdırdığı əsgərləri bilir. Raquf elə bircə dəfə gedib erməni hərbi hissəsinin düzülüşünü videoya çəkib gətirməklə qəhrəman adını qazanmışdı. Onun dəyərini ümummilli liderimiz Heydər Əliyev vermişdi.



Qəhrəmanlıq daha necə olur ki? Dəfələrlə kəşfiyyatçı kimi erməninin zəbt etdiyi torpaqlara gedib, onrada ağılasığmaz qəhrəmanlıq edən Raquf deyildimi, bunu mən demirəm , şahidlər deyir!

... Sirr deyil ki, haqqı tapdalanan, heysiyyatına toxunulan, 20 ildir ev növbəsi gözləyən şəhid ailələri 1992-ci ildən bəri onlarladır. Ölkənin Ali Baş Komandanı şəhidin ailəsinə qayğını həmişə önə çəkir və bunu verdiyi sərəncamlar, fərmanlarla təsdiq edir. Bu fərmanları, sərəncamları yerinə yetirməyən, Üçrəngli bayrağımızın altında oturub, bayrağa, vətənə, prezidentə xəyanət edənlər, həm də şəhidlərə, onların ailələrinə xəyanət edirlər. Bir şəhid ailəsinə olan sayğısızlıq mətbuata sızanda onu düşmənlərimiz də oxuyur. Həmin aprel günlərində ermənilər, gəbərmiş əsgərlərini çala qazıb, oraya dolduranda, Ali Baş Komandan televiziya ekranlarından xalqa müraciət etdi, həm qələbəmizi təbrik etdi, həm də əsgərlərimizin əzmindən danışdı. Bəs sonra, siz neylədiniz? Bu gün oğlu-qızı yüksək vəzifələrdə, yumşaq kreslolarda əyləşən bir-iki şəhid və qazi ailəsi ola-olmaya... Rahat kabinetlərdə oturanların əksəriyyəti isə məmur və oliqarx balalarıdır. O şəhid və qazi ailələrinin də balalarına layiqli iş verin, görün prezidentə, Vətənə və xalq necə xidmət edəcəklər. Bir il bu nümunədən istifadə olunsa, məmur özbaşnalığı da azalar.

Biz jurnalistlər elə bilirdik ki, Raquf Orucov və digər şəhid ailələrinə qarşı olan etinasızlığa görə, onları süründürən icra başçıları, təhqir edən icra nümayəndələri, sənədlərinin hazırlanmasında süründürməçiliyə yol verən, kimdənsə işarə gözləyən nazirliklərin məmurlarından kimsə cəzalanacaq. Lakin bu bir neçə ay ərzində şəhid ailələrinin üzvlərini get-gələ salanlardan kimsəni cəzalanan görmürük. Cəza olmayanda, cinayət baş alıb gedir.

Əlahəzrətlər, unutmayın ki, şəhidə xəyanət, vətənə xəyanətə bərabərdir. Elə edin ki, bu Vətəndən küsdürməyin insanları, iki ildən sonra Raquf Orucovun oğlunun hərbi xidmətə gedən yaşıdır. Onu hansı üzlə hərbi xidmətə çağıracaqsınız? Atasının 26 illik Vətənə xidmətini dəyərləndirdinizmi?..


Bağla X