Yol polisi Salyanda sürücünü təqib etdiyi zaman qaydaları pozaraq böyük təhlükəyə səbəb olub. Yol polisi Salyanda sürücünü təqib etdiyi zaman qaydaları pozaraq böyük təhlükəyə səbəb olub.

Yol polisi qəza şəraiti yaratdı - Sürücü son anda xilas oldu (Video)

Yol polisi Salyanda sürücünü təqib etdiyi zaman qaydaları pozaraq böyük təhlükəyə səbəb olub.


İki hərəkət istiqaməti olan yolda sürət həddini aşan patrul avtomobili qəza şəraiti yaradıb.

Videodan aydın olur ki, "99-YP- 928" dövlət nömrə nişanlı yol polisi avtomobili sürətlə hərəkət edərək ağ rəngli avtomobili saxlatdırmağa çalışır.

Patrul avtomobili sayrışan işıqları belə yandırmadan təqibə başlayır. Onun təqib etdiyi avtomobilin sürücüsü hərəkəti davam etdirir. DYP avtomobili onu kənara sıxıb saxlamağa məcbur edir.

Bu zaman patrul avtomobilinin yolun ortasında qəfil əyləci basması arxadan gələn avtomobillərin sürücüləri üçün çətin anlar yaşadır.

Göründüyü kimi, arxadakı avtomobilin sürücüsü yol polisinin maşını ilə toqquşmadan son anda yayına bilib.

Baş Dövlət Yol Polis İdarəsinin Şöbə rəisi Kamran Əliyev məsələ ilə əlaqədar patrul avtomobilində həmin gün xidmət aparan polis əməkdaşlarının araşdırıldığını, onların qayda pozmasına gəlincə isə şöbə rəisi bunun araşdırmadan sonra bilinəcəyini dedi.

Ekspert Azər Allahverənovun sözlərinə görə əgər yol polisi sürücünü hansısa qayda pozuntusuna görə təqib edirsə, yolda təhlükəli hərəkətlərə səbəb olmamaldır.

Qayda pozan sürücünün avtomobilin dövlət qeydiyyat nişanını qarşıdakı stasionar postlara və ya xidmətdə olan həmkarlarına verməsi kifayətdi. Ümumiyyətlə barəsində məhkəmə qərarı olmayan sürücü isə yol polisi tərəfindən təqib edilə bilməz.

Azər Allahverənov onu da bildirdi ki, yol patrul haqqında təlimatda da var ki, hadisə yerinə və ya belə təqiblər zamanı patrul avtomobilində sayrışan işıqlar yandırılmalıdır. Belə ensiz yolda isə yol polisi qarşısındakı avtomobili keçmək üçün yalnız "sren siqnal"ı verməklə yol istəməlidir.

Bir sözlə, cəld tərpənib ağır qəzadan gücnən canını qurtaran sürücü həmin yol polislərini məhkəməyə verə bilər. O ki qaldı yol polislərinə onlar da qaydaları pozduqlarına görə cərimə ödəməlidirlər.



Xəzərxəbər.com