11:42
(077) 610-22-33

“Çəkəniyəm, amma ağ eləmişəm” - 20 kq narkotiklə saxlanılan narkoman + Video

  • >
3 271 10 Avqust 2016 14:22 | Cəmiyyət

Paytaxt sakini öz həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolları əkib. Ancaq onun bu əməlini polis əməkdaşları ifşa edib. Onun evindən ümumilikdə 20 kq narkotik vasitə müsadirə edilib.


AzNews.az Region TV-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə Elşən Hüseynovun öz həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib becərməsi barəsində məlumat daxil olub. Dərhal Bakı Şəhər Baş Polis İdarəsi, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi və Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsi əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Mehdiabad qəsəbəsi 28 may küçəsində Elşən Hüseynova məxsus yarım tikiliyə baxış keçirilib. Baxış zamanı oradan ümumi çəkisi 19 kq olan yaş halda 54 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Saxlanılan 51 yaşlı Elşənin sözlərinə görə, çətənə kollarını bu ilin aprel ayında yaşadığı küçənin zibilxanasından tapıb. Daha sonra onu evə gətirərək dibçəklərdə əkməyə başlayıb.

Təqribən 10 ildir ki, narkotik vasitə aludəçiliyi olan Elşən, çətənə kollarını da öz istifadəsi üçün əkdiyini deyib:

"Zibil atanda yerdə paket gördüm, maraqlı gəldi, götürdüm. Gördüm ki, çətənə toxumudur, 1 dənə əkdim, sonra ikincini əkdim, sonra yenə əkdim. Özüm üçün əkmişəm, çəkəniyəm. O qədər dərinliyini fikirləşmədim ki, bu qədər ağını çıxaracam. Başqa yolum olmayıb, ancaq çəkmək həvəsim olub. Başqa məqsədim olmayıb".

Polis əməkdaşları çətənə kollarının əkildiyi yarımtikilidən 1 kiloqram 0.5 qram olan qurudulmuş marixuana da götürüblər. Faktla bağlı araşdırma aparılır.

Bağla X