Qırğızstan Xalqı Assambleyasına daxil olan yeganə azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyinin sədri, Qırğız Respublikasının əməkdar hüquqşünası Əliyev Əzizağa Ağababa oğlu Qırğızstan Xalqı Assambleyasının sədr müavini seçilib. Qırğızstan Xalqı Assambleyasına daxil olan yeganə azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyinin sədri, Qırğız Respublikasının əməkdar hüquqşünası Əliyev Əzizağa Ağababa oğlu Qırğızstan Xalqı Assambleyasının sədr müavini seçilib.

Azərbaycanlı Qırğızstan Xalqı Assambleyasının sədr müavini seçildi

Qırğızstan Xalqı Assambleyasına daxil olan yeganə azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyinin sədri, Qırğız Respublikasının əməkdar hüquqşünası Əliyev Əzizağa Ağababa oğlu Qırğızstan Xalqı Assambleyasının sədr müavini seçilib.


AzNews.az xəbər verir ki, səfirlikdən "Report"a verilən məlumata görə, 1994-cü ilin yanvar ayının 21-də yaranan Assambleya bu gün Qırğız Respublikasında ən böyük nüfuza sahib olan təşkilatlardan biridir və ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayır.

Məlumata görə, Bişkekdə Qırğızstan Xalqı Assambleyasının Şurasının iclası keçirilib. Şura 65 nəfərdən ibarətdir. Şuraya üzv olan Qırğız Respublikasının Prezident Aparatının, Hökumətinin nümayəndələrinin, ictimai xadimlərin iştirakı ilə keçən iclasda üzvlərdən 6 nəfərinin Qırğızstan Xalqı Assambleyasının sədrinin müavini seçilməsi ilə bağlı səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən sədrin 6 müavinindən biri də Əzizağa Əliyev olub. Həmçinin, Əzizağa Əliyev bu ilin iyun ayının 3-4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edib və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilib.

Qırğız Respublikası çoxmillətli dövlət olduğu üçün Qırğızstan Xalqı Assambleyasına 80-dən çox xalqların nümayəndələri, 28 ictimai birlik daxildir və bu da 6 milyonluq Qırğızstan əhalisinin 27,4% deməkdir.