“Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsi çərçivəsində insan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması mövzusunda növbəti dördüncü seminarını keçirib. “Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsi çərçivəsində insan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması mövzusunda növbəti dördüncü seminarını keçirib.

İnsan alverinə qarşı tədbir keçirildi - Fotolar

“Təmiz Dünya” Qadınlara Yardım ictiami Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Labirintdən çıxış” insan alverinə qarşı mübarizə istiqamətində tədbirlər və eyniadlı sosial çarxın çəkilməsi layihəsi çərçivəsində insan alveri qurbanları və potensial qurbanların sığınacaqla təmin edilməsi, sığınacaqda qaldığı reabilitasiya müddətində kiçik sahibkarlıq fəaliyyətinə stimullaşdırılması mövzusunda növbəti dördüncü seminarını keçirib.


AzNews.az xəbər verir ki, seminarda 32 nəfər iştirak edib və "Biznesini qur-Lider ol", "Biznes necə yaranır", "Biznesdə əsas məqsəd", "Biznes qurulmasına ilkin addımlar", "Biznes planının hazırlanması", "Marketinq planı" mövzuları müzakirə edilib. Layihə çərçivəsində altı seminarın keçirilməsi nəzərdə tutulub. Tədbirdə mövzu üzrə ekspert Nəzakət Balabəyova çıxış edib. Hüquqi aspektlərlə bağlı iştirakçıları hüquqşünas Ağamirzə Bağırov məlumatlandırıb. Tədbir "Təmiz Dünya" Qadınalara Yardım İctimai Briliyinin ofisində keçirilib.

Tədbirdə qadınların insan alveri və məişət zorakılığı qurbanı olmaması üçün iqtisadi cəhətdən azad olmalarının zəruriliyini xüsusi vurğulanaraq, hər bir qadının kiçik sahibkarlıq fəaliyyəti qura biləcəyinin mümkünlüyündən danışaraq , bunun üçün lazım olan məlumatları növbəti seminarlarda da tədbir iştirakçılarının diqqətinə çatdıracaqlarını bildiriblər. İştirakçılara layihə çərçivəsində hazırlanan "Labirintdən çıxış.... İnsan alverinin qarşısını birgə alaq" mövzusunda bukletlər paylanıb.

Layihə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün nəzərdə tutulan Milli Fəaliyyət Planına dəstək məqsədi daşıyır.