03:36
(077) 610-22-33

Bakılı oğlan gənc qızı sosial şəbəkədə şantaj etdi - Ölümlə hədələdi

  • >
5 698 11 Avqust 2016 12:54 | Cəmiyyət

Sumqayıt şəhər sakini tanışı tərəfindən sosial şəbəkədə rüsvay ediləcəyi ilə şantaj edilib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 10-da Sumqayıt şəhər sakini L.Ağayeva Yasamal RPİ 27-ci PB-yə müraciət edərək cari ilin may ayında Ruslan adlı tanışının onu sosial şəbəkədə rüsvay edəcəyi ilə hədələyib 900 ABŞ dolları pul tələb etməsini, habelə polisə müraciət edəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələməsini bildirib.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əhmədov tutulub.
Bağla X