09:15
(077) 610-22-33

“Bu yolda ölüm olsa belə, biz sonadak mübarizə aparmalıyıq” - Hacı Talehin tərəfdarları

  • >
1 798 11 Avqust 2016 19:39 | Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Quliyev ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadələrdən imtina edib. Bildirib ki, Nardaranda məlum hadisə baş verən evin sahibi onun qohumudur və həmin evdə olan yaşlı qadına dərman verməyə gedəndə onu tutublar.

Prokuror Ramin Nağdəliyev ondan ifadəsini oxuyub-oxumadığını, təşkilatla əlaqəsinin olub-olmadığını, Taleh Bağırovu tanıyıb-tanımadığını soruşub. Təqsirləndirilən şəxs Taleh Bağırovu tanıdığını, lakin təşkilatla əlaqəsinin olmadığını deyib.
Hacı Taleh çıxışlarında, moizələrində öz tərəfdaşlarına səslənərək deyib ki, "biz müsəlmanıq, bizim imanımız vardır, heç kim, heç nə bizi qorxuda bilməz, bu yolda ölüm olsa belə, biz sonadək mübarizə aparmalıyıq, lazım gəlsə, mövcud hakimiyyətə silahla müqavimət göstərməliyik və nəticədə burada islam qanunları ilə idarə olunan müsəlman dövləti qurmalıyıq, biz kafirlərə boyun əyməli deyilik".
Halbuki Abbas Quliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərib ki, dəfələrlə həm məscidə, həm də qohumu Əbülfəzin evinə gedərək Hacı Talehin çıxışlarına qulaq asıb. O da digərləri kimi Hacı Talehin fikirlərini qəbul etdiyindən özünü onun tərəfdarı hesab edib. A. Quliyev bildirib ki, Hacı Taleh bu yığıncaqlarda dini söhbətlər aparıb. Hacı Taleh çıxışlarında, moizələrində öz tərəfdaşlarına səslənərək deyib ki, "biz müsəlmanıq, bizim imanımız vardır, heç kim, heç nə bizi qorxuda bilməz, bu yolda ölüm olsa belə, biz sonadək mübarizə aparmalıyıq, lazım gəlsə, mövcud hakimiyyətə silahla müqavimət göstərməliyik və nəticədə burada islam qanunları ilə idarə olunan müsəlman dövləti qurmalıyıq, biz kafirlərə boyun əyməli deyilik".

Təqsirləndirilən İbrahim Xudaverdiyev də ibtidai istintaqa ifadələrindən imtina edib. Prokurorun suallarına cavab olaraq bildirib ki, həmin evə oğlunun dalınca gedib. O, istintaq zamanı müstəntiqi görmədiyini, yanına ekspertin gəlib-getdiyini deyib. O, istintaq zamanı işgəncəyə məruz qalmadığını, lakin yazılan ifadənin ona məxsus olmadığını söyləyib.

İbtidai istintaqa ifadəsində isə İ. Xudaverdiyev özünü təqsirli bilərək, göstərib ki, həmin gün namaz qılmaq üçün Əbülfəzin evinə gedib. Həmin vaxt Əbülfəzin evində Taleh Bağırovun başçılığı ilə 10-15 nəfər namaz qılıb. Orada hasarın dibində markasını bilmədiyi bir neçə avtomat silahın olduğunu, tanımadığı şəxslərin üzərində isə əl qumbaraları və bıçaqlar gördüyünü deyib. Həmin silahlar Taleh Bağırovun tərəfdarları tərəfindən gətirilib və orada olan şəxslərə verilib. O, həmin silah sursatdan bir ədəd süngü bıçaq və bir ədəd əl qumbarası götürüb üzərində saxlayıb. İ. Xudaverdiyev dinin dövlətdən qorunması məqsədi ilə silahlandıqlarını bildirib. Namaz qılındıqdan sonra polislərin gəlməsi barədə kiminsə qışqırdığını eşidib. Bu vaxt həyətdə partlayış olub, sonra atışma başlayıb. Bundan bir neçə dəqiqə sonra üzlərində maska olan polis əməkdaşları onların olduğu otağa daxil olublar. Onu və orada olan digər şəxsləri saxlayaraq evdən çıxarıblar.

Prosesdə ifadə verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da ittihamlarla razılaşmayıb. O bildirib ki, Taleh Bağırovla şəxsi tanışlığı olmayıb. Nardaranda baş verən hadisələrə etiraz əlaməti olaraq sosial şəbəkədə yazı yazıb. F. Qəhrəmanlı ittihamların əsassız olduğunu deyib. Bildirib ki, insanları düşüncəsinə görə həbs etmək olmaz.

F. Qəhrəmanlı ibtidai istintaqa ifadəsində də özünü təqsirli bilmədiyini deyib. Bildirib ki, "Facebook" sosial şəbəkəsində "Fuad Qəhrəmanlı" adı ilə səhifəsi mövcud olub, həmin səhifədə statuslar yazıb, səhifəsi açıq olduğundan istənilən internet istifadəçisi tərəfindən yazıları və məqalələri oxunub. Belə ki, 2015-ci ilin oktyabr ayından başlayaraq Məhərrəmlik ayında sosial şəbəkələrdə və mətbuatda dini mərasimlərin keçirilmə forması ilə bağlı fotoşəkilləri görüb, dini mərasimlərdə cəhalətin təbliğinə qarşı olduğundan bununla əlaqədar öz "Facebook" səhifəsində statuslar yazıb paylaşıb. 2015-ci ilin noyabr ayının axırlarında mətbuatdan mütərəqqi din xadimi kimi tanıdığı Taleh Bağırovun həbs edilməsi ilə bağlı fikirlərini yazıb.
Həmin silahlar Taleh Bağırovun tərəfdarları tərəfindən gətirilib və orada olan şəxslərə verilib. O, həmin silah sursatdan bir ədəd süngü bıçaq və bir ədəd əl qumbarası götürüb üzərində saxlayıb. İ. Xudaverdiyev dinin dövlətdən qorunması məqsədi ilə silahlandıqlarını bildirib.
İclasda çıxış edən dövlət ittihamçısı Nəsib Bayramov isə qısa arayış verərək bildirib ki, F. Qəhrəmanlı ifadə verən zamanı onun ifadəsini yarımçıq kəsməməyinə səbəb proses iştirakçısı kimi ona və digərlərinə olan hörmətlə bağlıdır. Prokuror deyib ki, prosesin iştirakçısı olaraq təqsirləndirilən şəxslər bilmədilər ki, hər kəs bir-birinə hörmətlə yanaşmalıdır. Qeyri-etik davranışlara yol vermək və mahiyyətdən kənar ifadə vermək düzgün deyil.

Prokurorlar ondan Taleh Bağırovun ətrafında olan şəxslərdən kimisə tanıması, sosial şəbəkədə yazdığı hər bir statusu xatırlayıb-xatırlamamasını soruşublar. Bildiriblər ki, o, statuslarında Nardarandakı zülmü görməyə və Taleh Bağırovu tək buraxmamağa çağırışlar edibmi?

F. Qəhrəmanlı Taleh Bağırovun ətrafından kimisə tanımadığını, sosial şəbəkədə yazdığı statusların hamısını xatırlamasa da, ümumi yadında qaldığını, Taleh Bağırovu müdafiə etməyin isə cinayət olmadığını deyib.

İclasda çıxış edən təqsirləndirilən Abbas Tağızadə də istintaq zamanı verdiyi ifadələrdən imtina edib və silahı olmadığını deyib.

A. Tağızadənin ibtidai istintaqa ifadələrindən isə aydın olur ki, ittihamlar üzrə özünü qismən təqsirli bilir. Hacı Talehi ruhani, elmli din xadimi kimi tanıyır və ona hörmətlə yanaşır. Hacı Taleh həbsxanadan azad olunduqdan sonra Nardaran qəsəbəsində həmkəndlisi Əbülfəzin evində qonaq qalıb. Hacı Taleh öz çıxışlarında tərəfdaşlarını birliyə çağırıb və deyib ki, "hicab bizim namusumuzdur, biz hicaba sahib çıxmalıyıq, hicaba qoyulmuş qadağa aradan qaldırılmalıdır, bu yolda biz mübarizə aparmalı, lazım gələrsə, canımızdan keçməliyik". Hacı Taleh tərəfdaşlarına səslənərək deyib ki, "bizim iradəmizi heç kim, heç nə qıra bilməz, bu yolda şəhid olsaq belə, yolumuzdan dönməməliyik, lazım gələrsə, silahlı müqavimət göstərməliyik, bizim ölkəmizdə din, şəriət qaydaları ilə idarə olunan islam dövləti qurulmalıdır". Hamı kimi o da, Hacı Talehin fikirlərini qəbul edib.

Məhkəmə prosesində təqsirləndirilən Babakişizadə Cahad da oxşar ifadə verib.

İbtidai istintaq zamanı ifadəsində də o özünü təqsirli bilməyərək göstərib ki, Taleh Bağırovu ilahiyyatçı və açıq fikirli bir din xadimi kimi tanıyıb.

Proses avqustun 17-də davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.


APA.az
Bağla X