Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 77,3 min, yaxud hər gün orta hesabla 424 doğulan körpə qeydə alınıb. Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 77,3 min, yaxud hər gün orta hesabla 424 doğulan körpə qeydə alınıb.

Azərbaycanda 36 üçəm doğuldu

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 77,3 min, yaxud hər gün orta hesabla 424 doğulan körpə qeydə alınıb.


Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd olunub.

Əhalinin hər 1000 nəfərinə bu göstərici 16,1 təşkil edib. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 1412-si əkiz, 36-sı isə üçəm doğulub.

Bundan başqa, bu ilin birinci yarısında ölkədə 28,4 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Eyni zamanda, bu ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 29,8 min nikah və 6,3 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Report.az