22:04
(077) 610-22-33

Azərbaycan əhalisinin sayı 9 milyon 756 min nəfərə çatıb

  • >
950 12 Avqust 2016 19:35 | Cəmiyyət

Azərbaycan əhalisinin sayı bu ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5% artaraq iyul ayının 1-i vəziyyətinə 9755,5 min nəfərə çatıb.


Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 77,3 min, yaxud hər gün orta hesabla 424 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 16,1 təşkil edib. Doğulan körpələrin 53,4%-i oğlan, 46,6%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 1412-si əkiz, 36-sı isə üçəm doğulub.

Bu ilin birinci yarısında ölkədə 28,4 min ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.
Bağla X