Aprel döyüşlərində şəhid olan Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevanın şikayətinə reaksiya verilib. Aprel döyüşlərində şəhid olan Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevanın şikayətinə reaksiya verilib.

Şəhidimizin uşaqlarının məktəb xərcləri qarşılanacaq - Açıqlama

Aprel döyüşlərində şəhid olan Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevanın şikayətinə reaksiya verilib.


AzNews.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədə məlumat verib. Bildirib ki, V.Tağıyevanın qaldırdığı məsələlərin bir qismi artıq öz həllini tapıb: "Digər məsələrlə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və mərkəzi şəhər xəstəxanasının baş həkimi ilə əlaqə saxladım. Şəhid statusu ilə əlaqədar bir neçə məsələnin həllinin şəhər rəhbərliyinin nəzarətində olduğunu və yaxın günlərdə həllini tapacağını bildirdilər. Şəhər xəstəxanasından dərhal onun evinə həkim göndəriləcəyinə söz verdilər və nəticəsi barədədə mənə bu gün məlumat verəcəklər".

A.Mirzəzadə şəhər təhsil şöbəsinin şəhid övladlarının məktəbə hazırlıq məsələsini öz üzərinə götürdüyünü vurğulayıb: "Bütün bu məsələlər barədə şəhidin ailəsinə xəbər verildi və qarşılaşdığı istənilən problem barədə mənə müraciət etməsini xahiş etdim".

Qeyd edək ki, şəhidin həyat yoldaşı Vüsalə Tağıyeva sənədləşmə ilə bağlı problemlər yaşadığını bildirib: "Qeydiyyatım Mingəçevirədir, yoldaşımın qeydiyyatı Şəkiyədir. Xəstə olduğuma görə tez-tez maşın tutub Şəkiyə gedə bilmirəm. Mənim o qədər pulum da yoxdu ki, yollara pul töküm. Mən heç bir sənəd ala bilməmişəm. Mingəcevir İcra Hakimiyyətinə gedirəm deyirlər get Şəkiyə, Şəki İcra Hakimiyyətinə gedirəm deyirlər get Bakıya . Mən yollarda qalmışam. Mən yasımla məşğul olum, yoxsa yollarda can çürüdüm. Bir nəfər gəlsin maraqlansın Rahim rəhmətə gedəndən sonra üstümə neçə dəfə Təcili Yardım gəlib. Bəs mən insan deyiləm? Dərdimi kimə deyim? Dövlətin bir adamı yoxdurmu ki, mənimlə maraqlansın?"

V.Tağıyeva şəhid ailəsinə olan diqqətsizlikdən də şikayətlənib: "Təkbaşına 3 uşağa baxıram. Müdafiə Nazirliyi niyə şəhidi ilə maraqlanmır? Niyə maraqlanmırlar? Məktəb açılır, mən bu uşaqlara heç nə almamışam. Mən bu uşaqları nə ilə məktəbə yola salım? Atam yox, qardaşım yox. Təkbaşına, pulsuz 3 uşaqla Bakıya necə getməliyəm? O gün mənə həkimdən mənə dərman yazıblar, ala bilməmişəm. Niyə bizim ailə ilə maraqlanan yoxdur? Bu gün mən 3 uşağa tək başına necə baxım? Rahim sağ olsaydı özü öz balalarına baxacaqdı. Mən neyləyim? Mən xəstəyəm, Şəkiyə getmişəm halım dəyişib, yoldaşımın qəbri üstünə gedirəm halım pisləşir. Qalmışam iki rayonun arasında".

Həmçinin şəhid xanımı Müdafiə Nazirliyindən də şikayətlənib.

Bahar RÜSTƏMLİ
AzNews.az