15:54
(077) 610-22-33

Diqqət - Saxta məktəbli formaları satılır

  • >
1 535 16 Avqust 2016 14:29 | Cəmiyyət

Bakı Tikiş Evinin adından saxta və standartlara uyğun olmayan məktəbli geyimləri satışa çıxarılıb.


Bunu Bakı Tikiş Evinin direktoru Etibar Əzimov deyib.

Onun sözlərinə görə, bununla bağlı araşdırmalar aparılır:

"Bakı kinoteatrının yanında, "Əhmədli" metro staniyasının çıxışında mənşəyi bilinməyən məktəbli forması BTE-nin adında satılır. Bu hallar Sədərək və Binə Ticarət mərkəzlərində də çoxdur. Eyni zamanda Ağa Neymətullah küçəsinin bəzi yerlərində də qeyri-qanuni satışın olması ilə bağlı xəbərdarlıq siqnalları almışıq. Bununla bağlı Daxili İşlər Nazirliyi, İqtisadi Cinayətkarlığa Qarşı Mübarzə İdarəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyinə məktub göndərəcəyik".

Bundan başqa, E.Əzimov əlavə etdi ki, ötən il aparılan monitorinqlər zamanı 5 müəsissənin fəaliyyəti dayandırılıb və barələrində inzibati cəza tədbirləri görülüb.

İnterpress.az
Bağla X