Duzun yaxşı konservant olması hamıya məlumdur. Elə bu səbəbdən də qış üçün tərəvəzi duza qoyulmuş formada saxlayırlar. Lakin Beynəlxalq Xərçəng Tədqiqatı Fondunun apardığı meta-analiz göstərir ki, duza qoyulmuş ənənəvi qida məhsullarına aludə olmaq lazım deyil. Duzun yaxşı konservant olması hamıya məlumdur. Elə bu səbəbdən də qış üçün tərəvəzi duza qoyulmuş formada saxlayırlar. Lakin Beynəlxalq Xərçəng Tədqiqatı Fondunun apardığı meta-analiz göstərir ki, duza qoyulmuş ənənəvi qida məhsullarına aludə olmaq lazım deyil.

Turşu mədə xərçəngi yaradırmış - Araşdırma

Duzun yaxşı konservant olması hamıya məlumdur. Elə bu səbəbdən də qış üçün tərəvəzi duza qoyulmuş formada saxlayırlar. Lakin Beynəlxalq Xərçəng Tədqiqatı Fondunun apardığı meta-analiz göstərir ki, duza qoyulmuş ənənəvi qida məhsullarına aludə olmaq lazım deyil.


Alimlər dünya üzrə aparılan 89 tədqiqat zamanı əldə edilən məlumatları bir bazada toplayıblar. Bu elmi işlər təxminən 17,5 milyon yaşlı insanı və mədə xərçəngi olan 77 min nəfəri əhatə edib.

Tədqiqatçıların gəldiyi mühüm nəticə bundan ibarətdir ki, duza qoyulmuş qida məhsullarından istifadə etmək mədə xərçəngi riskini artırır. Söhbət konservləşdirilmiş ərzaqlardan, məsələn, turşuya, marinada, duza qoyulmuş tərəvəzlərdən, duza qoyulmuş və qurudulmuş balıqdan, habelə tərkibində çoxlu duz olan ərzaq məhsullarından gedir.

Alimlər mədə xərçənginin inkişafının qidalanma, fiziki fəallıq və piylənmədən asılı olması mövzusunda əvvəlki məruzəni 2007-ci ildə təqdim ediblər. Həmin vaxtdan bəri aydın olub ki, alkoqol və piylənmə də xəstəliyin inkişafına öz təsirini göstərir.

Əlavə edək ki, mədə xərçənginə qadınlarla müqayisədə kişilərdə iki dəfə çox rast gəlinir. Bu xəstəlik xərçəngdən ölümün səbəblərinin qlobal siyahısında beşinci yeri tutur, odur ki, ona diaqnoz qoymaq xeyli çətindir. Onun əsas əlamətləri ya seçilmir, ya qeyri-spesifikdir, lakin bu əlamətlərdən bir neçəsini qeyd etmək olar. Məsələn, mədənin tez-tez həzm etməməsi, mədə qıcqırması, iştahanın, xüsusilə ətə iştahanın olmaması, tez-tez öyümə, diareya, qəbizlik, habelə yorğunluq və zəiflik, yeməkdən sonra köpmə hissi bu xəstəliyin əlamətlərindəndir.

Azərtac