FİFA-nın sabiq prezidenti Joao Avelanj vəfat edib. FİFA-nın sabiq prezidenti Joao Avelanj vəfat edib.

FİFA-nın sabiq prezidenti dünyasını dəyişdi

FİFA-nın sabiq prezidenti Joao Avelanj vəfat edib.


O, 101 yaşında dünyasını dəyişib.

2014-cü ilin iyun və 2015-ci ilin noyabr aylarında nəfəs borularında problem yarandığı üçün bir neçə gün həkim nəzarətində qalan Avelanj ötən ay bu dəfə sətəlcəm xəstəliyi səbəbindən Rio-de-Janeyrodakı eyni xəstəxanaya aparılıb. O, korrupsiya qalmaqalına görə, 2013-cü ildə FİFA-nın fəxri-prezidentliyindən ayrılmışdı.

Qeyd edək ki, Joao Avelanj 1974-1998-ci illərdə ali futbol qurumuna rəhbərlik edib. O, eyni zamanda Braziliyanın su polosu üzrə yığma komandasının heyətində 1936 və 1952-ci illərdə Yay Olimpiya Oyunlarında iştirak edib. Avelanj karyerasını bitirdikdən sonra 1955-1963-cü illərdə Braziliya Milli Olimpiya Komitəsinin, 1963-2011-ci illərdə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.

Apasport.az