“Davamlı İnkişafa Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblilərin ekoloji klublarının yaradılması” layihəsini başa çatdırır. “Davamlı İnkişafa Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblilərin ekoloji klublarının yaradılması” layihəsini başa çatdırır.

Məktəblilər üçün Ekoloji Klublar yaradıldı

“Davamlı İnkişafa Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblilərin ekoloji klublarının yaradılması” layihəsini başa çatdırır.


AzNews.az xəbər verir ki, Bakı və Gəncə şəhərlərində icra olunan layihənin əsas məqsədi ətraf mühitin qorunmasında məktəblilərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaqdır.

İlkin mərhələdə adları çəkilən şəhərlərdə məktəblilər arasında ekoloji maarifçilik işini yüksəltmək məqsədilə silsilə təlimlər keçirilib, məktəblilərin iştirakı ilə ekoloji divar qəzetləri hazırlanıb.

Növbəti mərhələdə isə məktəblilərin iştirakı ilə ekoloji klublar yaradılıb, onların fəaliyyət istiqamətləri və iş prinsipləri müəyyənləşdirilib. Klublara üzv olan məktəblilər üçün təlimlər və digər praktik tədbirlər təşkil olunub. Klub üzvlərinin tanınmış ekoloqlarla görüşləri keçirilib, məktəbliləri maraqlandıran məsələlər ətrafında fikir mübadilələri təşkil olunub.

Layihənin sonuncu mərhələsində isə məktəblilərin iştirakı ilə ekoloji aksiyalar təşkil olunub. Məktəblilərin ekoloji bilik və bacarıqlarının yoxlanılması üçün müxtəlif müsabiqələr də keçirilib.