Ağdam rayonunun Zəngişalı kəndində partlamış 9M22U ("Qrad") raketinin və top mərmilərinin qalıqları aşkar edilərək göturülüb. Ağdam rayonunun Zəngişalı kəndində partlamış 9M22U ("Qrad") raketinin və top mərmilərinin qalıqları aşkar edilərək göturülüb.

Ağdamda raket və mərmi qalıqları aşkarlandı

Ağdam rayonunun Zəngişalı kəndində partlamış 9M22U ("Qrad") raketinin və top mərmilərinin qalıqları aşkar edilərək göturülüb.


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) "Report"a verilən məlumata görə, Ağdam rayonunun Zəngişalı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış 9M22U ("Qrad") raketin və top mərmilərinin qalıqları aşkar edilərək göturülüb, nəticə olaraq 7 min kv.m ərazi yoxlanılıb.
Eyni zamanda, Tərtər rayonunun Həsənqaya kəndində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 6 500 kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən avqustun 16-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib.