Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

Gömrükdə əməliyyat - Qanunsuz gətirilən dərmanlar aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda dərman preparatlarının təsviri görünüb və baqaja təkrar yoxlama keçirilib.

Nəticədə, vətəndaşın çamadanında əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən xeyli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.