05:51
(077) 610-22-33

Nazirlikdən bu çimərliklərə getməklə bağlı - Qadağa

  • >
2 003 17 Avqust 2016 12:32 | Cəmiyyət

"Son 5 il ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb. 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəylər verilib".


Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor əvəzi Vaqif Abdullayev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 52 rayonun 2 683 kəndində 3 647 su mənbəyindən laboratoriya nümunələri götürülüb:

"2 835 su mənbəyinin vəziyyəti bilavasitə Respublika GEM-in mütəxəssisləri tərəfindən yerində araşdırılıb, 39 rayonda vəziyyət haqqında rayonların icra hakimiyyətlərinə təkliflər verilib, tədbirlər hazırda davam etdirilir. Yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələlərinə nəzarət təmin olunmaqla aşkar olunan çatışmazlıqlar barəsində hər il Bakı şəhər İcra Hakimiyyətinin müvafiq icraçı qurumlarına təkliflər verilib".

Direktor əvəzi əlavə edib ki, Səbail rayonun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənmə hallarının davam etməsini nəzərə alaraq həmin ərazilərdə çimərliklərin istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilən qərar qüvvədə saxlanılıb.

Mərkəzin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva söyləyibki, son 5 il ərzində profilaktik peyvənd təqviminə B tipli hemofil infeksiyaya qarşı, pnevmokok əleyhinə vaksinlərin, bu ilin fevral ayından isə inaktivləşdirilmiş poliomielit vaksininin tətbiq edilməsi Azərbaycanda uşaqların 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin edib.

O deyib ki, malyariya əleyhinə aparılan məqsədyönlü kompleks əksepidemik tədbirlər nəticəsində malyariya ilə xəstələnmə səviyyəsi ilbəil azalıb, 2013-cü ildən etibarən yoluxma halları qeydə alınmayıb:

"Azərbaycan ərizisində malyariyanın tam ləğvinə nail olunub".

Modern.az
Bağla X