Bayram Seyidov intihar səbəbini bir dəftərdə yazıb, sonra özünü asıb. Bayram Seyidov intihar səbəbini bir dəftərdə yazıb, sonra özünü asıb.

Özünü asan keçmiş bələdiyyə sədrinin dəftəri tapıldı - Hər şeyi yazıb

Bayram Seyidov intihar səbəbini bir dəftərdə yazıb, sonra özünü asıb.


Bu barədə AzNews.az-a Quba Rayon Xaltan kənd icra nümayəndəsi Akif Sultanovməlumat verib. Onun sözlərinə görə, artıq həmin yazılar Quba Rayon Prokurorluğuna təqdim edilib: "Ölməmişdən öncə vəsiyyətnamə yazıb. Sonra nə üçün intihar etdiyini də qeyd edib. Kimə görə bu hadisəni eləyib, onu da yazıb. İntiharının səbəbi var. Amma biz bilmirik. Bayram müəllim intiharı ilə bağlı heç bir gizli məqam saxlamayıb. Prokuror dedi ki, hər sey məlumdur, bütün məqamlar ortadadır".

A.Sultanov qeyd edib ki, hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerindədir və araşdırma aparır.

Bahar RÜSTƏMLİ
AzNews.az