Füzuli rayon İcra Haikimiyyətinin başçısı Alı Alıyev Beyləqan və İmişlidə məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb. Füzuli rayon İcra Haikimiyyətinin başçısı Alı Alıyev Beyləqan və İmişlidə məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb.

İcra başçısı məcburi köçkünlərlə görüşdü

Füzuli rayon İcra Haikimiyyətinin başçısı Alı Alıyev Beyləqan və İmişlidə məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb.


AzNews.az-ın məlumatına görə, Alı Alıyevin növbəti səyyar-qəbul görüşü füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Beyləqan və İmişli rayonlarında keçirilib. Görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatları və ictimaiyyət nümyəndələri iştirak edib.

Alı Alıyev bildirib ki, vətəndaşların problemlərinin həlli ilk növbədə onların sosial-məişət qayğılarını yerində öyrənmək, hər bir vətəndaşın irəli sürdüyü məsələni, etdiyi müraciəti diqqətlə araşdırmaqdan ibarətdir.

Görüşdə Beyləqan və İmişli rayonlarında məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.