09:06
(077) 610-22-33

İctimai Birlik köçkün gənclər arasında vətənpərvərliyi təbliğ edəcək

  • >
5 274 22 Avqust 2016 15:02 | Cəmiyyət

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. İctimai Birlik bu məqsədlə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi istiqamətində bir sıra təşəbbüslər irəli sürüb.


AzNews.az xəbər verir ki. İctimai Birlik hesab edir ki, Ermənistan kimi işğalçı ölkə ilə yanaşı yaşamağa məcbur olan Azərbaycanda dövlətçilik ideologiyasının, yurdsevərlik hisslərinin gənclər arasında təbliğ olunmasına hər zamanki kimi, böyük ehtiyac var.

"Müstəqil respublikamızın inkişafı ilk növbədə gənc nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perspektiv işlərində iştirak edən insan yetişdirmək deməkdir.
Azərbaycan üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi qarşımızda durur. Dövlətçilik, vətəndaşlıq bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir.

2016-cı ilin 2-5 aprel aralığında Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlar, torpaqlarımız uğrunda canından keçən şəhidlərimiz, qəhrəmanlıq göstərən döyüşçülərimiz Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunmasıının hər zaman prioritet təşkil edən məsələ olduğunu bir daha təsdiqlədilər",-deyə qurumun yaydığı açıqlamada bildirilib.

İctimai Birlik Biləsuvarda yerləşən Cəbrayıl köçkün qəsəbələrində məskunlaşan gənclər arasında vətənpərvərlik və Azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmağa yönələn təbirlər gerçəkləşdirəcək.
Bağla X