05:52
(077) 610-22-33

Burun əməliyyatı zamanı ölən qız imtahanda 601 bal toplayıbmış - Foto

  • >
12 614 23 Avqust 2016 14:51 | Cəmiyyət

Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü Aygün Orucova Yeni Gəncə Diaqnostika Mərkəzində burun əməliyyatı olunan zaman dünyasını dəyişib.


Məlumata görə, Aygün bu il qəbul imtahanı vaxtı 601 bal yığaraq yüksək nəticə göstərib. Bakı Dövlət Universitetinə qəbul olunan A. Orucova Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı ölüb. Burnundan estetik əməliyyat edilən Orucova narkozdan ayılmayıb.

Faktla bağlı Gəncə Şəhər prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.

AzNews.az ölkə.az-a istinadən mərhumun fotosu təqdim edir:

Olke.az


Bağla X