21:53
(077) 610-22-33

İntihar edən müəllimin məktubları açıldı: “Oğul qatili olmaq istəmədim”

  • >
19 509 24 Avqust 2016 10:09 | Cəmiyyət

Quba rayon Xaltan kənd sakini, 55 yaşlı müəllim Bayram Seyidovun intiharın bəzi təfərrüatları məlum olub.


Kəndin icra nümayəndəsi Akif Sultanov AzNews.az-a B.Seyidovun ölümündən əvvəl yazıb ailəsinə buraxdığı dəftərdəki qeydləri açıqlayıb: "Prokuror bunu hamının yanında elan etdi. Yazıb ki, "intiharımın səbəbi oğlum Əjdər və yoldaşım Əminədir. Oğul qatili olmamaq üçün intihar edirəm". Yəni intihara səbəb ailə daxili münaqişə olub".

A.Sultanov bildirib ki, B.Seyidovun 4 oğlu, 1 qızı var: "Ailə münaqişəsi bir oğlu ilə həyat yoldaşı arasında baş verib. Guya, oğlanlarından biri anası ilə atasına qarşı birləşib nəsə ediblər".

Qeyd edək ki, Quba rayon sakini, uzun müddət Quba rayonunun Xaltan kənd bələdiyyəsinin sədri vəzifəsində çalışan Bayram Seyidov avqustun 19-da öz evində intihar edib. O, intihar edəcəyi ilə bağlı özünün feysbuk səhifəsində məlumat verib.


Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X