Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 600 və daha çox bal toplayan gənclərə xəbərdarlıq edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 600 və daha çox bal toplayan gənclərə xəbərdarlıq edib.

TQDK-dan yüksək bal yığan abituriyentlərə - Xəbərdarlıq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 600 və daha çox bal toplayan gənclərə xəbərdarlıq edib.


AzNews.az qurumun saytına istinadən xəbər verir ki, artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir və bu barədə məlumatları "Abituriyent" jurnalının 11-ci nömrəsində çap edir. Lakin bu ildən etibarən, məlumatlar ayrıca jurnalda çap edilməyəcək. 600 və daha yüksək bal toplayan gənclərə abiturient.az saytında ayrıca bir bölmə həsr ediləcək və bu məlumatlar ictimaiyyət üçün daha da əlçatan olacaq.

2016-2017-ci tədris ilində 600 və daha yüksək bal toplayan gənclər iş nömrəsi və şifrdən istifadə etməklə http://abiturient.az/600bal/ keçidində təqdim olunan anket-sorğu formasını doldura bilərlər. Forma (bütün bəndlər) yalnız bir dəfə doldurulmalıdır.