Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gömrükdə əməliyyat - Pnevmatik tapança aşkar edildi

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzNews.az-a veriləın məlumata görə, Baxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 53.400 ədəd "NZ" markalı siqaret aşkar edilib.


İdarənin "Xanoba" gömrük postunda isə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və həmin vətəndaşa məxsus çantadan 1 ədəd pnevmatik tapança və 1 ədəd siqnal tapançası aşkar edilərək götürülüb.



Hər iki faktla bağlı araşdırma aparılır.