21:10
(077) 610-22-33

Bakıda avtomobil qaçırıldı

  • >
1 389 25 Avqust 2016 11:59 | Cəmiyyət

Bakıda avtomobil qaçırılıb.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 23-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən avtoyuma məntəqələrindən birindən, orada işləyən Hikmət adlı şəxs, Bakı şəhər sakini Elnur Yaqubova məxsusu "Niva" markalı avtomobili qaçırıb.

Avqustun 24-də avtomobilin rayonun Babək prospektində hərəkətdə olması Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək və aidiyyəti üzrə məlumat ötürülüb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Hikmət Babayev saxlanılıb.
Bağla X