Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Əsgərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Əsgərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Özünü MTN polkovniki kimi təqdim edən qadın məhkəmədə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Əsgərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəməyə xərəkdə gətirilib.

Belə ki, M.Əsgərzadə polis əməkdaşları tərəfindən saxlanmamışdan əvvəl avtomobil qəzasına düşüb. O, ayaq üstə gəzə bilmədiyi üçün məhkəməyə xərəkdə gətirilmək məcburiyyətində qalıb.

Prosesdə zərərçəkmiş İlqar Süleymanov və şahid Rəşad Balayev ifadə verib.
İ.Süleymanov ifadəsində bildirib ki, Azər Ağayev adlı şəxsin ona borcu olub: "Köhnə dostum olan Azərin mənə 2800 dollar verəcəyi var idi. Bir gün Məlahət mənim taksimdə gedərkən özünü MTN əməkdaşı kimi təqdim etdi. Ona Azərin mənə borclu olduğunu deyəndən sonra o, pulumu alacağına söz verdi. Bu hadisədən bir qədər sonra bilmişəm ki, Məlahət Azərdən 23 min manat pul alıb. Lakin qadın mənin pulumu qaytarmadı. Fəhlə adamam. Pulumdan imtina edirəm, ancaq ona halallıq etmirəm. Bundan sonra məhkəməyə gəlmək də istəmirəm, bezmişəm".

Məhkəmənin növbəti iclası sentyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, M.Əsgərzadə vətəndaşlara özünü keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki kimi təqdim edib. O, həmin şəxsləri işə düzəltmək və problemlərini həll edəcəyi vədi verib, onların ümumilikdə 15 min manatdan çox pullarını dələduzluq yolu ilə ələ keçirib. Zərəçəkmişlərin şikayətindən sonra M.Əsgərzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

M.Əsgərzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Report.az