Qayınatasından qisas almaq istəyən şəxs Gəncəyə gedib onun evini qarət edib. Həmin şəxs dostu ilə qaynatasının evindən xeyli qızıl zinət əşyası oğurlayıb. Cinayətkarları paytaxtın Sabunçu polisi ifşa edib. Araşdırma zamanı məlum olub ki, onlar Gəncə ilə yanaşı Bakıda da bir neçə evdən oğurluq ediblər. Abşeron polisi də bənzər cinayət törədən şəxsi tutub. Qayınatasından qisas almaq istəyən şəxs Gəncəyə gedib onun evini qarət edib. Həmin şəxs dostu ilə qaynatasının evindən xeyli qızıl zinət əşyası oğurlayıb. Cinayətkarları paytaxtın Sabunçu polisi ifşa edib. Araşdırma zamanı məlum olub ki, onlar Gəncə ilə yanaşı Bakıda da bir neçə evdən oğurluq ediblər. Abşeron polisi də bənzər cinayət törədən şəxsi tutub.

Qayınatası maşını əlindən aldı - Kürəkən də onun evini qarət etdi

Qayınatasından qisas almaq istəyən şəxs Gəncəyə gedib onun evini qarət edib. Həmin şəxs dostu ilə qaynatasının evindən xeyli qızıl zinət əşyası oğurlayıb. Cinayətkarları paytaxtın Sabunçu polisi ifşa edib. Araşdırma zamanı məlum olub ki, onlar Gəncə ilə yanaşı Bakıda da bir neçə evdən oğurluq ediblər. Abşeron polisi də bənzər cinayət törədən şəxsi tutub.


Qayınatasının maşını əlindən almasına əsəbələşən kürəkən qisasını onun evini qarət etmaklə alıb. Hadisə Gəncədə baş verib. Bakı şəhər sakini Elnur Aslanov və Ağcabədi rayon sakini Rəşad Xəlilovu paytaxtın Sabunçu polisi mənzillərdən oğurluq etməkdə şübhəli bilərək saxlayıb. Məlum olub ki, adı çəkilən şəxslər Gəncədə və Bakının bir neçə rayonunda açarsalma üsulundan istifadə edərək 9 mənzildən oğurluq ediblər.

Gəncədə qarət olunan mənzil Elnurun qayınatasının evi olub. Bir neçə il bundan qabaq qayınata kürəkənlə şərikli maşın alıbmış. Arada yaranan narazılıqdan sonra qayınata mülki etibarnaməni ləğv edib. Rəşad Xəlilov dostunun qayınatasının evini yarmalarının səbəbini belə izzah edib: "Gəncədə bunun qohumunun evinə getdik , mən haradan bilərdim ki, onun evində pul var qızıl var. Qayınatasının evi idi. Dediyinə görə prinsip söhbəti olub, maşını bunun əlindən alıblar".

Saxlanılan şəxsin sözlərinə görə, taksiyə oturub Gəncəyə gediblər. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Elnur kustar üsulla hazırlanmış açarlarla qapını açıb. Evdən içində xeyli qızıl olan bağlamanı götürüb paytaxa qayıdıblar. Qızılları 5400 manata satıb pulu isə bölüblər. Polis araşdırma zamanı müəyyən edib ki, həmin şəxslər avqustun 3-dən 20-dək bir neçə evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.

Abşeron polisi isə Masazır qəsəbəsində Elmira Əhmədovanın mənzilindən oğurluq edən Zahid Səfərovu saxlayıb. Zahid gecə saatlarında sahibinin də evdə olduğu vaxt oğurluğa girib ordan 4800 manat dəyərində qızıl və 500 manatlıq mobil telefonunu oğurlayıb. Dindirmə zamanı Zahid Səfərov qiymətli metalları və mobil telefonu satdığını deyir.

Kürdəmirdə də silsilə oğurluq faktının üstü açılıb. Uzun müddətdir ki, evlərdən, mağazalardan, avtomobil sexlərindən, hətta qəbiristanlıqdan oğurluqlar edən Xırdapay kənd sakini 28 yaşlı Vasif Nəsirov tutularaq istintaqa cəlb olunub. Vasif Nəsirov 3 il müddətində " Qəbir daşları" sexindən elektrik generatoru, su nasosu, avtomobil sexi və qarışıq mallar mağazasından maşın ehtiyat hissələri, ətçəkən maşın motoru və elektrik kabellər oğurlayaraq satıb.

Xezerxeber.com