Vətəndaşlar kredit alarkən müqaviləni dəqiqliklə oxumurlar. Vətəndaşlar kredit alarkən müqaviləni dəqiqliklə oxumurlar.

Kredit götürərkən müqaviləni oxumusunuz? - Video

Vətəndaşlar kredit alarkən müqaviləni dəqiqliklə oxumurlar.


Bəhanə də bundan ibarət olur ki, bank müqavilə ilə tanış olmaq üçün kifayət qədər vaxt ayırmır. Məhz bu səbəbdən də sonradan şərtlərin ağır olmasi kimi problemlər ortaya çıxır.

Dünya praktikasında isə şəxs müqavilə ilə yaxından tanış olmamış kredit götürə bilmir. Bu proses qanunla tənzimləndiyindən bank, məcburi qaydada vətəndaşı maarifləndirməyə cəhd edir.

Beynəlxalq təcrübəyə görə, müştəri müqavilədəki qaranlıq məqamları aydınlaşdırmaq üçün bankdan əlavə vaxt da tələb edə bilər. Onun elektron poçt ünvanı olmadıqda isə müqavilənin müştəriyə çatdırılması bankın qanunla vəzifəsi hesab olunur.

İqtisadçı ekspert Vüqar Bayramlı bu praktikanın ölkəmizdə tətbiqini vacib hesab edir. Bunun gələcəkdə problemli kreditlərin sayının azalmasına təkan verəcəyini deyir. Çünki kredit götürmək üçün banka müraciət edən şəxsin, müqavilə ilə bir gün öncədən tanış olması onun aldadılması ehtimalını da minimuma endirir.




xəzərxəbər.com