Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatıb. Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatıb.

Deputatların tətili başa çatdı

Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətil müddəti başa çatıb.


"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanununa əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilib.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.

Xatırladaq ki, qanunverici orqanın üzvləri tətilə iyulun 15-də çıxmışdılar.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının sentyabrın 30-da başlayacağı gözlənilir.


Report.az