Müğənni, əməkdar artist Aygün Bəylərin qardaşı da daxil olmaqla 6 nəfərin 3 il əvvəl törətdiyi və üstü indi açılan qətlin motivi bəlli olub. Müğənni, əməkdar artist Aygün Bəylərin qardaşı da daxil olmaqla 6 nəfərin 3 il əvvəl törətdiyi və üstü indi açılan qətlin motivi bəlli olub.

Aygün Bəylərin qardaşı qohumunu niyə öldürüb? - Təfərrüatlar

Müğənni, əməkdar artist Aygün Bəylərin qardaşı da daxil olmaqla 6 nəfərin 3 il əvvəl törətdiyi və üstü indi açılan qətlin motivi bəlli olub.


Həmin şəxslər Aygün Bəylərin əmisi nəvəsi Elnur Hümbətovu narkotik söhbətinə görə öldürüb cəsədi gizlədiblər. Məsələ bundadır ki, onlar həyətyanı sahələrdən birində nəşə əkiblər. Necə olubsa mübahisə zamanı Elnur Hümbətov qohumlarının nəşə əkib-becərdiyi haqda polisə məlumat verəcəyi ilə hədələyib. Nəticədə qohumları ondan yaxa qurtarmaq qərarına gəliblər.

Qətl Suraxanı rayonu ərazisində törədilib, cinayətkarlar cəsədi Xəzər rayonuna aparıb orada basdırıblar. Maraqlıdır ki, cəsədin basdırıldığı özəl torpaq sahəsi DYP-nin Xəzər rayon şöbəsinin binasının bilavasitə yaxınlığındadır. Bu haqda "Sputnik Azərbaycan" xəbər verir.

Virtualaz.org