Hələ də avtobuslarda sərnişinlərin həyatının təhlükəyə atılması ilə müşayiət olunan hadisələr qeydə alınır. Hələ də avtobuslarda sərnişinlərin həyatının təhlükəyə atılması ilə müşayiət olunan hadisələr qeydə alınır.

Sərnişinlərin həyatını təhlükəyə atan daha bir avtobus sürücüsü - Video

Hələ də avtobuslarda sərnişinlərin həyatının təhlükəyə atılması ilə müşayiət olunan hadisələr qeydə alınır.


Təbii ki, bu məsələdə sərnişinlərin də günahı az deyil, həyatlarını təhlükəyə atırlar. Sürücü isə buna mane olmaq əvəzinə, qayda pozuntusuna şəraitdə yaradır. Hətta avtobus sərt döngədən dönməsinə baxmayaraq, qabaq qapıdan sallanan sərnişin bir ayağını havada yellədir.

Görüntülər Zabrat qəsəbəsi və "Koroğlu" metrostansiyasi istiqamətinə hərəkət edən 198 saylı marşurt avtobusundandır. Arxada hərəkət edən avtomobildə mobil telefonla qeydə alınan görüntülərdə həm avtobusun sürücüsü, həm də sərnişinlər qayda pozuntusuna yol verirlər.

Məsələ ilə bağlı 198 saylı marşurt xətlərinin sahibkarı Əlibaba bildirib ki, faktla bağlı araşdırma aparılacaq və sürücü aşkar edilərək cəzalandırılacaq. Onun cəzası isə işini itirmək olacaq.



Xəzərxəbər.com