02:08
(077) 610-22-33

Hansı nazirliyin fəaliyyəti qənaətbəxşdir?

  • >
1 636 1 Dekabr 2012 07:05 | Cəmiyyət

Siyahıda birinci yerdə ETSN, sonuncu yerdə isə Maliyyə Nazirliyi dayanır

AzNews.az nazirliklərin fəaliyyəti ilə bağlı keçirilən sorğunu yekunlaşdırıb. 40615 nəfərin iştirak etdiyi sorğunun nəticələrinə görə, respondentlərin ən çoxunun rəyini qazanan Ekologiya və Təbii Sərvətlər Nazirliyi olub. 16568 nəfər bu nazirliyin fəaliyyətini qənaətbəxş hesab edir. İkinci yerdə 14603 səslə Nəqliyyat Nazirliyi durur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2462 səslə üçüncü, Gənclər və İdman Nazirliyi 2263 səslə dördüncü, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 1483 səslə beşinci yerləri bölüşdürür.

Fövqəladə Hallar Nazirliyi respondentlərin 761 nəfərinin səsini qazanıb. Milli Təhlükəsizlik Nazirliyi isə 526 səslə siyahıda FHN-dən sonra dayanır.
Səsvermənin nəticələrinə görə, Kənd Təsərrüfatı Nazirliyi 383, Daxili İşlər Nazirliyi isə 342 səs qazanıb.

Mədəniyyət və Turizm Nazirliyi respondentlərin 234, Təhsil Nazirliyi isə 230 nəfərinin müsbət rəyini alıb.

İqtisadi İnkişaf Nazirliyi 167, Müdafiə Sənayesi Nazirliyi 121, Sənaye və Energetika Nazirliyi 113 səslə siyahıdakı sonrakı yerləri paylaşıblar.
Vergilər Nazirliyinin fəaliyyətini 99, Xarici İşlər Nazirliyini 97, Səhiyyə Nazirliyini 54, Ədliyyə Nazirliyini 47, Müdafiə Nazirliyini isə 32 nəfər qənaətbəxş hesab edib.

Səsvermənin nəticələrinə görə, Maliyyə Nazirliyi 30 nəfərin səsini almaqla siyahıda son yeri tutub.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X