00:07
(077) 610-22-33

Tatlısəsi sağaldacaq həkim Türkiyəyə getdi -EKSKLÜZİV

  • >
2 927 3 Dekabr 2012 13:42 | Cəmiyyət

Azərbaycanlı həkimin Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsi sağaldacağını və bunun müqabilində müğənninin ona hospital tikdirəcəyini vəd etməsi haqqında məlumat vermişdik.

İbrahim Tatlısəsi müalicə edəcək şəxs kineziterapevt İbrahim Salman oğlu Əliyev dekabrın 2-də Türkiyəyə yola düşüb. İ.Əliyev gedərkən AzNews.az - a açıqlamasında "15 gündən sonra İbrahim Tatlısəs mənim müalicəmin effektini görəcək. Mən söz verirəm ki, İbrahim Tatlısəs 2013-cü ilin sentyabr ayında solo konsert proqramı ilə heyranlarının qarşısında olacaq. Və mən də bir tamaşaçı kimi onu zaldan seyr edəcəm" deyib.

Qeyd edək ki, İ.Əliyev Naxçıvanın Ordubad şəhərində doğulub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və Bakı Dövlət Universitetini bitirib. İdman gimnastikası üzrə idman ustasıdır. Onurğa xəstəliklərinin müalicəsi və müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssisdir.

Mahir Hüseynbəyli
AzNews.az
Bağla X