07:58
(077) 610-22-33

Qərbi Azərbaycandan olan qaçqınların siyahısı hazırlanır

  • >
718 3 Dekabr 2012 10:47 | Cəmiyyət

Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Azərbaycan Qaçqınlar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yığıncaqda Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycanlıların Soyqırımı Günü olaraq elan etdiyi 5 dekabr günü yad edilib, bu tarixi faciənin nəticələri müzakirə olunub.

Çıxış edənlər Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımına dövlət, hakimiyyət və ictimaiyyət səviyyəsində mövcud münasibəti yarıtmaz sayıb, bu ümummilli faciənin detallarının hələ də lazımınca öyrənilmədiyini bildirib, bu soyqırımı dünyada tanıdılması və qəbul edilməsi üçün qaçqınların öz imkanlarını səfərbər etməyi təklif ediblər. Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətini bununla bağlı bəyanat və Qərbi Azərbaycandan olan qaçqınlara müraciəti qəbul edib.

Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycandan 1988-ci ildə qovulmuş qaçqınların – azərbaycanlıların və müsəlman kürdlərin Qərbi Azərbaycandakı kəndlər və şəhərlər üzrə siyahısını tərtib etməyə də başlayıb.

AzNews.az
Bağla X