İkinci peykimiz 2016-cı ildə orbitə buraxılacaq

Azərbaycanın ilk milli peykinin (AzerSat) gələn il fevralın birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılır. AzNews.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, 2014-cü ildə yer səthinin müşahidə peykinin orbitə buraxılması nəzərdə tutulur. İkinci telekommunikasiya peyki isə 2016-cı ildə orbitə çıxarılacaq. Peyklərin idarə olunması mərkəzi bu ilin sonunda istifadəyə veriləcək.

Vasif Həsənli
AzNews.az