Kür yenə məcrasından çıxır

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 6 , Şirvanda 8, Bankədə 1 sm azalıb. Salyanda suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 5 sm enib.

Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 160 m3/s, ongünlük normanın 102 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 155 m3/s və ongünlük normanın 99 faizini təşkil edib. Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb.

AzNews.az