16:36
(077) 610-22-33

Fövqəladə hallar naziri 21 dekabrdan danışdı

  • >
1 205 3 Dekabr 2012 16:05 | Cəmiyyət

"Yaxın zamanda təbiətdə bu cür dəyişikliklər baş verə bilər"



Rusiya fövqəladə hallar naziri Vladimir Puçkov dekabrın 21-də qiyamət gününün baş verəcəyi ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib.

Təbiətdə insanlar üçün çoxlu təhlükələr olduğunu, ancaq bunların qlobal problem yaratmayacağını deyən Puçkov Rusiyanın dünyada baş verən təbii hadisələri izləmək üçün bütün vasitələrə malik olduğunu söyləyib.

Nazir, "Dünyada sonuncu bu cür fəlakət bir neçə yüz il əvvəl baş verib. Yaxın zamanda təbiətdə bu cür dəyişikliklər baş verə bilər, amma bunlar qlobal problem yaratmayacaq" deyib.

Qar, buzlaşma, su daşqınları kimi təbii fəlakətləri Rusiyanın 24 saat izlədiyini açıqlayan fövqəladə hallar naziri, "Ehtimal ki, bunlar gələcəkdə olacaq və buna hazırlanmalıyıq" deyə bildirib.

Rusiyalı nazir xalqın təbii fəlakətlərlə bağlı təklif, istək və ya şikayətlərini 7 gün 24 saat ərzində nazirliyə bildirə biləcəklərini də əlavə edib.

Tərlan
AzNews.az
Bağla X