- Köhnə - Cəmiyyət
- 3 Dekabr 2012 20:00
- 1 994
Beynəlxalq Əlillər Günü qeyd edildi
Ümumilikdə 150-dən çox əlil uşağı salamlayan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan danışıb. İcra başçısı təkcə Səbail rayonunda qeydiyyatdan keçmiş 2514 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaşın yaşadığını vurğulayıb. Onların arasında Böyük Vətən və Qarabağ Müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır.
Sonda RİH tərəfindən 150 nəfər əlil uşağa hədiyyələrlə yanaşı maddi yardım göstərilib.
Tədbirdə iştirak edən əməkdar artist Aygün Bəylər, populyar müğənni Aslan Hüseynov, rəqqasə Fatimə, "Vüqar" qrupu və bir çox gənc incəsənət xadimləri, şən klounlar öz mahnıları və ifaları ilə uşaqları sevindiriblər.
Bahar Rüstəmli
AzNews.az