22 marşrut xətti bağlandı – SİYAHI

Bakıda bir-birini təkrarlayan və əlavə nəqliyyat yükü yaradan bəzi marşrut xətləri bağlanılıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AzNews.az-a verilən məlumata görə, bağlanan marşrut xətlərinin siyahısı artıq tam hazırlanıb və həmin xətlərdə fəaliyyət göstərən iş adamlarına xəbərdarlıq edilib.

Bakıda bundan sonra işləməyəcək avtobus marşrutlarının siyahısı belədir: 4, 7, 19, 27, 34, 41, 58, 63, 68, 72, 74, 89, 112, 114, 117, 138, 178, 180, 182, 203, 206.

AzNews.az