Məktəblər ciddi nəzarətə götürüldü - EKSKLÜZİV

Məktəblərdə şagirdlərin dərsə davamiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə yeni qaydanın tətbiqinə başlanılıb. AzNews.az-a daxil olan məlumata görə, artıq təhsil müəssisələrində siniflər üzrə şagirdlərin gündəlik dərsə davamiyyəti ilə bağlı jurnaldan əlavə də qeydiyyat aparılır.

Belə ki, ümumilikdə məktəbdə siniflər üzrə dərsdə iştirak etməyən şagirdlərin sayı dəqiqləşdirilir. Direktorlar tərəfindən aparılan qeydiyyat təkcə 10-11-ci siniflər üzrə yox, bütün sinifləri əhatə edir. Məqsəd şagirdlərin gündəlik dərsdə davamiyyətinə nəzarətin daha da gücləndirilməsidir.

Qeydiyyatın əsasən rayon icra hakimiyyətlərinin tələbi ilə aparıldığı da daxil olan məlumatlar arasındadır.

Elnur Əzimov
AzNews.az