13:06
(077) 610-22-33

Hamlet İsaxanlı Çinə dəvət edildi

  • >
461 5 Dekabr 2012 15:28 | Cəmiyyət

Bu il dekabrın 28-29-da Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində "Çin, Rusiya, Orta Asiya və Xəzər dənizi: neft və iqtisadi münasibətlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Çin Neft Fondu tərəfindən təşkil olunacaq konfransa Azərbaycandan da Xəzər Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı dəvət olunub. Bu barədə AzNews.az-a H.İsaxanlının özü məlumat verib.

Sözügedən dəvəti qəbul etdiyini vurğulayan rektor H.İsaxanlı bu ayın sonunda ÇXR-a səfərə gedəcəyini bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində Çinin Pekin Neft Universiteti ilə Xəzər Universiteti arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanacaq.

Vasif Həsənli
AzNews.az
Bağla X