Tanınmış prodüser Tolik (Tarix Əliyev) “Azərişıq” ASC-in sədri Baba Rzayevdən şikayət edib. Tanınmış prodüser Tolik (Tarix Əliyev) “Azərişıq” ASC-in sədri Baba Rzayevdən şikayət edib.

Tolik “Azərişıq”ın sədrinə səsləndi - “Tualetə getməyək?”

Tanınmış prodüser Tolik (Tarix Əliyev) “Azərişıq” ASC-in sədri Baba Rzayevdən şikayət edib.


AzNews.az xəbər verir ki, o, həftə ərzində Xırdalanda 3 dəfə işıqların kəsildiyini bildirib:

"Xırdalana köçəndən əsəblərim tarıma çəkilib. "Azərişıq" hara baxır, bilmirəm. Mən görmüşəm ki, işığı ayda bir və ya iki dəfə kəsərlər. Həftədə 3 dəfə işığı kəsməzlər. Bəsdir pulları yeyib ucuz kabellər çəkdiniz. İki gündən bir Xırdalanda filan yer partlayıb, nə bilim nə olub. Biz, axı neyniyək? Tualetə getməyək? Əl- üzümüzü yumayaq? Sizin evinizdə generator var, bizim yoxdu. Qabaqdan qış gəlir. İki gün yağış yağandan sonra Xırdalanı su aparır, işıqlar kəsilir. Daha susmayacağam, hər dəfə belə şey olanda yazacam".