07:14
(077) 610-22-33

“Azdrama”da premyera - “Vəsiyyət”

  • >
1 996 4 Noyabr 2016 10:22 | Cəmiyyət

Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək.


Teatrın mətbuat xidmətindən AzNews.az verilən məlumata görə, noyabrın 5-də təqdim olunacaq tamaşa yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" pyesi əsasında hazırlanıb.

İki hissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov və musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), Münəvvər Əliyeva, aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli və aktyor Rövşən Kərimduxt (Bayram), əməkdar arstistlər Almaz Amanova(Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə Həsənova və Fəridə Şahbazova (Delisay) əməkdar artist Aslan Şirin və aktyor Ramin Şıxəliyev (Timur) rol alıb.

Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az


Bağla X