Məhbusların 18 faizi psixoloji xəstəliklərdən və narkomaniyadan əziyyət çəkir

Rusiyanın cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların 141 mindən çoxu psixi xəstəliklərə və narkotik asılılığa məruz qalır. Onlardan 62,7 min nəfəri psixi xəstəlikdən, 56,4 min nəfəri narkotiklərdən, 22,6 min nəfəri isə alkoqolizmdən əziyyət çəkir.

Psixiatr-narkoloq Elvira Stepanovanın fikrincə, bu ümumilikdə məhbus həyatı yaşayan insanların 18 faizdən çoxu deməkdir. Məlumata görə, faktiki olaraq narkotik istifadəçilərinin 100 faizi gec-tez hər hansı bir cinayət törədir. Çox vaxt narkomanlar cinayətə narkotik almaq üçün gedirlər.

İnci
AzNews.az