00:46
(077) 610-22-33

“Azərsu“ya tapşırıq verildi

  • >
795 6 Dekabr 2012 12:00 | Cəmiyyət

Bakının Səbail rayonu ərazisində baş verən sürüşmənin qarşısını almaq üçün müvafiq dövlət qurumları 3 gün ərzində eskiz layihə hazırlayacaqlar. Bunu jurnalistlərə Baş nazirin müavini Abid Şərifov deyib.

"Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinə 3 gün müddətində sürüşmənin qarşısını almaq üçün eskiz layihəsinin hazırlanması tapşırığı verilib. Mütəxəssislərin dediyinə görə, sürüşmənin baş verməsinin əsas səbəbi kanalizasiya sularının əraziyə axdılmasıdır. Bunun qarşısını almaq üçün "Azərsu"ya lazımı tədbirləri görmək tapşırığı verilib.

Eyni zamanda Bakı Elektrik Şəbəkəsinə tapşırıq verilib ki, sürüşmə zonasında elektrik təchizatı ilə əlaqəadr kabellərin yerlərini dəyişsinlər ki, ayrı-ayrı məhəllələr işıqsız qalmasın" Şərifov deyib.

AzNews.az
Bağla X