Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov Çində tələbələr arasında keçirilən 13-cü bodibildinq və fitnes-model çempionatında gümüş medal qazanıb. Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov Çində tələbələr arasında keçirilən 13-cü bodibildinq və fitnes-model çempionatında gümüş medal qazanıb.

Azərbaycanlı tələbə Çində fitnes-model yarışında ikinci oldu - Foto

Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov Çində tələbələr arasında keçirilən 13-cü bodibildinq və fitnes-model çempionatında gümüş medal qazanıb.


AZƏRTAC bildirir ki, Çinin 150-dən çox universitetindən təxminən 500 tələbənin qatıldığı çempionatda S.Həsənov fitnes-model yarışında "A" qrupunda 30 idmançıdan üstün olaraq yarımfinal mərhələsinə keçib. Burada da hamıdan üstün olan həmvətənimiz final yarışında ikinci yerlə kifayətlənməli olub.

Qeyd edək ki, bu, Sadiq Həsənovun ilk uğuru deyil. O, bir neçə dəfə bu cür yarışlarda mükafat qazanıb.

AzNews.az
image description