15:34
(077) 610-22-33

Təhsil Şurası etiraz etdi

  • >
381 7 Dekabr 2012 09:32 | Cəmiyyət

"Məktəblərdədə musiqi fənninin tədrisi yarıtmaz vəziyyətdədir"



Azərbaycanda bir çox orta məktəbdə musiqi fənninin tədrisi yarıtmaz vəziyyətdədir. Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev APA-ya açıqlamasında deyib ki, onlar məktəblərdə aparılan yoxlamalardan bu qənaətə gəliblər.

Onun sözlərinə görə, bu fənn üzrə proqram və dərsliklərin olmasına baxmayaraq, musiqi tədris olunmur: "Bunun səbəblərini müəllimlər müxtəlif yollarla izah ediblər.

Məlum olub ki, ibtidai siniflərdə riyaziyyat və ana dili fənni çətin olduğu üçün onun tədrisinə 45 dəqiqə vaxt çatmır, bu səbəbdən musiqi dərsinin vaxtından əlavə istifadə edilir. Musiqisiz, rəqssiz, zövqsüz insan isə bir az yarımçıq olur. Bunun vacib məsələlərdən biri olduğunu düşünərək mövzunu ətraflı müzakirə edərək, müvafiq təkliflərimizi Təhsil Nazirliyinə göndərmişik".

AzNews.az
Bağla X