81 milyon dollarlıq kokain ələ keçirildi

Avstraliya polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda kokain müsadirə edilib. Kokainin Çilidən gətirildiyi bildirilir.

"France-Presse"in məlumatına görə, 135 kiloqram olan bu narkotik vasitə 81 milyon dollardan artıq qiymətləndirilir. Bu son zamanlar ölkədə ələ keçirilən ən böyük kokain partiyasıdır. Ümumiyətlə isə son həftələrdə Avstraliya polisi tərəfindən 700 kiloqramdan artıq narkotik vasitə müsadirə edilib.

Son əməliyyat isə bu ilin sentyabrından başlanan əməliyyatın davamı olub. O zaman Çilidən gətirilən yüklərin arasında külli miqdarda kokain aşkarlanmışdı.

Hadisə ilə əlaqədar 5 nəfər həbs edilib ki, onlardan da 3-ü avstraliyalı, biri italyan, digəri isə meksikalıdır. Onları ömürlük həbs cəzası gözləyə bilər.

Elnarə
AzNews.az